525.Az

Arda "Barsa"dan gedəcəkmi?


 

Arda "Barsa"dan gedəcəkmi?<b style="color:red"></b>

"Barselona"nın futbolçusu Arda Turan Çin klublarından birindən aldığı təklifi rədd edib.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi Kataloniya təmsilçisindən ayrılmağı düşünmədiyi üçün təklifi müsbət cavablandırmayıb.

A.Turanın növbəti mövsüm "Barsa"da ona daha çox şans veriləcəyinə inandığı bildirilib.

Qeyd edək ki, A.Turan FİFA-nın "Barselona"ya verdiyi transfer cəzası səbəbindən bu ilin yanvarından Kataloniya klubu ilə matçlarda çıxış edir.
 
O, indiyə kimi oynadığı 22 oyunda 2 qol vurub və 3 qolun ötürməsini verib.

 





28.04.2016    çap et  çap et