525.Az

“I Şah İsmayıl - sərkərdə və hökmdar” sərgisinə həsr olunan mətbuat konfransı


 

“I Şah İsmayıl - sərkərdə və hökmdar” sərgisinə həsr olunan mətbuat konfransı<b style="color:red"></b> Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl - sərkərdə və hökmdar” sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib.
 
APA-nın məlumatına görə, muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, sərgiyə böyük maraq var:

“Bildiyiniz kimi sərginin konsepsiyası akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş “Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti” kitabı əsasında tərtib olunub.

Konsepsiya üzərində iş zamanı həmçinin Səfəvilər dövləti, eləcə də I Şah İsmayıla həsr olunmuş Azərbaycan, Türkiyə, İran, Rusiya və Avropa müəlliflərinin elmi əsərləri öyrənilib. Sərgi böyük maraqla qarşılanıb və insanların marağı bu gün də davam edir. Sərgi dekabrın 15-dək davam edəcək. İnanırıq ki, gələnlərin sayı bundan sonra da aratacaq”.
 
N. Vəlixanlı “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisinin afişasında Şah İsmayılın XVI əsrdə italiyalı rəssam tərəfindən çəkilmiş “Sophy Pers – Fars hökmdarı” sözləri yazılmış portretinin nümayiş etdirilməsini tənqid edənlərə də cavab verib.

Muzey direktotu bildirib ki, bəzi media orqanları qərəzli olaraq məsələni araşdırmadan qeyri-ciddi materiallar dərc ediblər:

“Bu məsələyə çox təəssüflənirik. Bunun səbəbi qərəz və savadsızlıqdır”.
 





28.04.2016    çap et  çap et