525.Az

Ağdamda ermənilərin dağıtdığı evlərin sayı 76-ya çatdı


 

Ağdamda ermənilərin dağıtdığı evlərin sayı 76-ya çatdı<b style="color:red"></b>

Erməni silahlı birləşmələrinin endirdiyi artilleriya zərbələri nəticəsində Azərbaycanın Ağdam rayonunda dağılmış evlərin sayı 76-ya çatıb.

Bu barədə "Report"a Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Xatırladaq ki, aprelin 27-si axşam saatlarından başlayaraq, aprelin 28-i saat 04:00 radələrinədək erməni silahlı bölmələri tərəfindən Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutulub.

 





28.04.2016    çap et  çap et