525.Az

​Şeyxülislam Vatikanın Cənubi Qafqaz üzrə elçisini qəbul edib


 

​Şeyxülislam Vatikanın Cənubi Qafqaz üzrə elçisini qəbul edib<b style="color:red"></b>

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Vatikanın Cənubi Qafqaz üzrə elçisi Nunsi Marek Solçinskini qəbul edib.

Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə Vatikanla Qafqazın dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dini-mənəvi əlaqələr və onların inkişaf perspektivləri müzakirə edilib.

Papa Fransiskin dünya miqyasında dinlərarası dialoq və əməkdaşlığa dair səylərini dəstəklədiyini bildirən şeyxülislam A.Paşazadə Müqəddəs taxt-tacın başçısının bu ilin payızında Azərbaycana səfərinə böyük dəyər verdiyini xüsusi vurğulayıb. O bildirib ki, bu səfər dünyada və regiondasülh, ədalət və əmniyyətin, uca Yaradanın vacib buyurduğu mənəvi-əxlaqi dəyərlərin bərqərarına böyük töhfə olacaq.

Nunsi Marek Solçinski Vatikan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən razılıq ifadə edib və bu əlaqələrin inkişafında şeyxülislamın rolunun Vatikan tərəfindən dəyərləndirildiyini diqqətə çatdırıb.

 





28.04.2016    çap et  çap et