525.Az

BQXK: "Hələb humanitar fəlakət astanasındadır"


 

BQXK: "Hələb humanitar fəlakət astanasındadır"<b style="color:red"></b>

Suriyanın ikinci böyük şəhəri olan Hələb şəhər ətrafında hərbi əməliyyatların şiddətlənməsi səbəbindən humanitar faciənin astanasındadır.

"Report" TASS-a istinad xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı XaçKomitəsinin (BQXK) bu gün dərc olunan bəyanatında bildirib.

"Şəhərin böyük hissəsi dağıdılıb, infrastruktura ciddi ziyan dəyib. Nəticədə də əhali aylarla susuz və elektrik enerjisiz qalır.
 
Zorakılığın artması daha əvvəl evlərini tərk etmək, hazırda isə təmas xəttinə yaxın ərazidə yaşamaq məcburiyyətində qalmış milyonlarla insanı lazımi kömək almaq imkanı olmadan ölümcül risk altında qoyur", - deyə bəyanatda qeyd olunub.

 





28.04.2016    çap et  çap et