525.Az

BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi və TÜRKSOY-un baş katibi Qəbələdə


 

BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi və TÜRKSOY-un baş katibi Qəbələdə<b style="color:red"></b>

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir TÜRKSOY-un baş katibi Düsen Kaseinov aprelin 28-də Qəbələ rayonuna səfər edib.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, məqsəd Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının rəsmi açılış mərasimində iştirak etməkdir.

Qonaqları mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müşayət edib.
 
Nümayəndə heyəti səfər zamanı Qəbələnin tarix və mədəniyyət abidələri və turizm imkanları ilə tanış olub.

Xatırladırıq ki, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının qərarı ilə Şəki 2016-cı il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub. 

 





28.04.2016    çap et  çap et