525.Az

"Kəpəz" Bakı hazırlığını başa vurdu


 

"Kəpəz" Bakı hazırlığını başa vurdu<b style="color:red"></b>

Topaz Premyer Liqasının 32-ci turunda Gəncə şəhər stadionunda “Rəvan”ı qəbul edəcək “Kəpəz” dünəndən qarşıdakı matçın hazırlığına başlayıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Gəncə təmsilçisi Bakıda məşq edib.

Komandanın bir müddət zədəli olan futbolçusu Namiq Ələsgərovun durumu yaxşılaşdığından o, artıq qrup halında məşqlərə qoşulub. Bundan öncə üç gün həkim nəzarəti altında fərdi qaydada hazırlaşan Ələsgərov əsasən bərpaedici məşqlər üzərində işləyib.
 
Bu gün Bakı hazırlığını tamamlayan “Kəpəz” sabah Gəncəyə gedəcək. Komandanın “Rəvan”la oyundan öncəki məşqi görüşə ev sahibliyi edəcək arenada keçiriləcək.

 





28.04.2016    çap et  çap et