525.Az

Məcburi köçkünləri sevindirəcək qərar


 

Məcburi köçkünləri sevindirəcək <b style="color:red">qərar</b> Onlar bir il də orta əmək haqqı alacaq, Təhsil Nazirliyinə, Səhiyyə Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinin qurumlarına işə qəbul olunacaqlar
 
Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında” qərar verib.
 
Lent.az-ın verdiyi məlumata görə, qərara əsasən Nazirlər Kabinetinin “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2014-cü il yanvarın 1-dək uzadılıb.

Buna əsasən  Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 2014-ci il yanvarın 1-dək orta əmək haqlarının verilməsini təmin etməlidirlər. Eyni zamanda Təhsil Nazirliyinə, Səhiyyə Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə tapşırılıb ki, tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Nazirlər Kabinetinə təqdim etsinlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
 





13.02.2013    çap et  çap et