525.Az

Seyid Camal: "İslahatların aparılması zəruridir"


 

Seyid Camal: "İslahatların aparılması zəruridir"<b style="color:red"></b> Fevralın 12-də “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı’nın icrasının yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyev‘in olduqca sərt formada “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər” deməsi ölkə ziyalıları tərəfindən təqdir olunur.

Məsələyə münasibət bildirən “Qarabağ Seyid Ocaqları”nın təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli ”Yeniufuq.az” saytına bunları deyib:

“Ölkə başçısı cənab İlham Əliyev’in məlum çıxışının səmimi olduğunu, doğru faktı açıq şəkildə bəyan etməsini təqdir edir və alqışlayıram.  Düşünürəm ki, mövcud hakimiyyətdə dövlətinə və millətinə xidmət göstərməli, bəzi məmurların özləri və harınlamış övladlarının nalayiq hərəkətləri yol verilməzdir. Haqq və ədalət prinsiplərinin, dövlətçilik ənənələrinin mühafizə olunması yolunda mücadilə verən bir mənəviyyat adamı olaraq, mən təmsil etdiyim on minlərlə ölkə müsəlmanlarının cənab prezidentdən istəyini söyləməyi özümə borc bilirəm. Cənab prezidentə və xalqa məlum olan Azərbaycanın dövlətçilik və milli maraqlarını ayaqları altına salan azğın məmurların tez bir zamanda vəzifələrindən azad olunaraq cəzalandırılması vacibdir. Belələri öz qudurğan hərəkətləri ilə cənab prezidentlə xalq arasında nifaq salırlar. Mən çəkinmədən bildirmək istəyirəm ki, bəzi nazirlərin himayəsində olan hökumət məmurları açıqdan açığa şəxsi mənafelərini dövlət mənafelərindən üstün tutaraq öz çirkin əməlləri ilə ölkə başçısının əleyhinə  işləyirlər. Bu bir danılmaz faktdır. Təcili olaraq, islahatların aparılması isə zəruridir.”
 





13.02.2013    çap et  çap et