525.Az

“Ali təhsil müəssisələrin maliyyələşmə mexanizminə yenidən baxılmalıdır”


 

“Ali təhsil müəssisələrin maliyyələşmə mexanizminə yenidən baxılmalıdır”<b style="color:red"></b>

“Azərbaycanda ali təhsil müəssisələrin maliyyələşmə mexanizminə yenidən baxılmalıdır”.
 
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov AMEA-nın illik yığıncağında bildirib ki, hazırda ali məktəblərdə adambaşına maliyyələşmə tətbiq edilir:

“Bu gün ali təhsil müəssisələrində keyfiyyət, tələbələrin sayı əsas götürülür. Amma elmi fəaliyyətin dəstəklənməsinə yönəlmiş mexanizmlərdən məhkumuq.

Çalışmalıyıq ki, ali məktəblər öz elmi işlərini həyata keçirmək üçün ayrıca mexanizmə malik olsun”.
 

Nazir qeyd edib ki, təhsil və elmin birgə fəaliyyətində hələ də həllini gözləyən problemlər var. Onun sözlərinə görə, əsas məsələlərdən biri ali məktəblərdə patent və ixtiralarla bağlıdır:

“Azərbaycanda təhsil sahəsi üzrə 105 patent qeydə alınıb.
 
Alimlərimizin, ali təhsildə fəaliyyət göstərən həmkarların biznes sahələri ilə əlaqələri gücləndirilməlidir.

Digər məsələ isə elmi tədqiqat nəticələrinin tədqiqi ilə bağlıdır. Ali məktəblərdə yerinə yetirilən nəticələr əsasən tədris proseslərində istifadə edilir. Bunlar müəssisələr tərəfindən qəbul edilmir və ya səmərə vermir”.

 





29.04.2016    çap et  çap et