525.Az

Prezident Ağsudadır


 

Prezident Ağsudadır<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyevin Ağsu rayonuna səfəri başlayıb.
 
APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
 
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verib ki, abidənin ucaldıldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb.
 
Sonra prezident İlham Əliyev Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
 
Dövlət başçısına görülən işlər barədə məlumat verən səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, 160 çarpayılıq Ağsu Rayon Mərkəzi Xəstəxanasının tikintisi 2012-ci ildə başlanıb və 2015-ci ilin sonunda başa çatdırılıb. Xəstəxana 3 hektardan çox ərazidə inşa olunub.
 
Bundan başqa, prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
 





29.04.2016    çap et  çap et