525.Az

Ali Neft Məktəbi Britaniyanın universiteti ilə birgə magistr hazırlayacaq


 

Ali Neft Məktəbi Britaniyanın universiteti ilə birgə magistr hazırlayacaq<b style="color:red"></b>

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovun rəhbərliyi ilə Ali Məktəbin nümayəndə heyəti Birləşmiş Krallığın Edinburq şəhərində yerləşən Heriot-Vatt Universitetində (HVU) olublar.
BANM ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər müddətində HVU-nun rəhbərliyi ilə tədris prosesi çərçivəsində mövcud əlaqələrin və gələcək əməkdaşlıq perspektivləri, birgə magistratura proqramının həyata keçirilməsi və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Səfər zamanı rektor Elmar Qasımov HVU-nun rektoru, professor Riçard Viliamsla görüşüb. Görüş çərçivəsində əməkdaşlığın strateji istiqamətləri və perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, həmçinin mövcud əməkdaşlığın magistratura və PhD səviyyələrində genişləndirilməsi ilə bağlı konkret təkliflər səsləndirilib. Eyni zamanda, BANM və HVU arasında təhsil sahəsində olan əməkdaşlıq əlaqələrinin iki ölkə arasında mədəni əməkdaşlıq üçün də əsas ola biləcəyi qənaətinə gələrək bu istiqamətdə konkret tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Bununla yanaşı, səfər çərçivəsində HVU-nun Mühəndislik və təbiət elmləri fakültəsinin rəhbəri, o cümlədən, birgə əməkdaşlığa məsul olan professor-müəllim heyəti və administrativ nümayəndələrlə geniş fikir mübadiləsi aparılıb, cari və perspektiv məsələlər barədə konkret razılıq əldə olunub. Müzakirələr əsasən imtahan nəticələri, tədris materiallarının məzmun və tərkibcə zənginləşdirilməsi, magistratura və elmi-tədqiqat sahəsində əməkdaşlıq, tələbə mübadiləsi, BANM-in yeni kampusunda laboratoriya və auditoriyaların təchizatı kimi məsələləri əhatə edib.

Bir sıra məsələlərlə yanaşı, birgə magistratura proqramı ilə bağlı müqavilənin imzalanması, HVU-nun rektoru R.Viliamsın Bakıya səfəri, həmçinin iki ölkə arasında mədəni əməkdaşlığa töhfə verə biləcək tədbirlər - HVU-da "Azərbaycan gün"ü və BANM-də "Şotlandiya günü"nün keçirilməsi barədə razılıq əldə olunub.

Vəfa MƏMMƏDLİ

 





29.04.2016    çap et  çap et