525.Az

İlham Əliyev: “Sosial məsələlər uğurla həll olunur”


 

İlham Əliyev: “Sosial məsələlər uğurla həll olunur”<b style="color:red"></b> “Son illər ölkədə 500 xəstəxana və tibb ocağı tikilib. Bu onu göstərir ki, Azərbaycanda sosial məsələlər uğurla həll olunur”.
 
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Ağsu rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.
 
Dövlət başçısı bildirib ki, ölkəmizin qüdrətinin artırılması istiqamətində işlər davam etdirilir:

“İndi ənənəvi istehsal sahələrinin inkişafı qarşıda duran əsas vəzifələrdən biridir. Təsadüfi deyil ki, indi Ağsu da daxil olmaqla, ölkədə pambıqçılığın, baramaçılığın inkişafı ilə bağlı kompleks tədbirlər görülür. Ağsunun sosial-iqtisadi inkişafı hər zaman diqqətdə saxlanılır və bu proses davam etdiriləcək”.
 





29.04.2016    çap et  çap et