525.Az

Aybəniz Haşımova "Bülbüllər"lə görüşdü


 

Aybəniz Haşımova "Bülbüllər"lə görüşdü <b style="color:red"></b>

Aprelin 28-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə H.Sarabski adına Mədəniyyət evi Ə.Bədəlbəyli adına 23 nömrəli musiqi məktəbində "Bizim Evin Qonaqları" rubrikası çərcivəsində Əməkdar artist Aybəniz Haşımova ilə görüş keçirilib.

İdarədən 525.az-a verilən məlumata görə, Aybəniz Haşımovanın "Vətəndən Pay Olmayır" klipi səsləndiriləndən sonra vətənin azadlığı, müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səhnəyə çıxan sənətkar tamaşaçıların sevgi və alqışlarıyla qarşılanıb. Aparıcı Nuranə Axundovanın təqdimatında Aybəniz xanım və "Bülbüllər"i ilə söhbət davam edib.

H.Sarabski adına Mədəniyyət evinin direktoru Tərlan Akçay çıxış edərək, bütün qonaqları salamlayıb və görüşün Aybəniz xanımın yaradıcılığında daima xüsusi yer tutan vətənpərvərlik mövzusuna həsr olunduğunu bildirib.

Tədbirdə həmçinin əməkdar artist Firuzə İbadova və tanınmış müğənni Yaqut Babayeva da iştirak ediblər.

Aybəniz xanımın "Xalq Ulduzu" müsabiqəsinin qalibi Vəli Səfərovla dueti, tələbələrindən Müşfiq Əliyevin,  Zülfü Əsədzadənin, balaca "Bülbüllər" Oğuzxan və Həsənin ifaları görüşə xüsusi rəng qatıb.

 





29.04.2016    çap et  çap et