525.Az

İranda parlament seçkilərinin ikinci turu keçirildi


 

İranda parlament seçkilərinin ikinci turu keçirildi<b style="color:red"></b> İranın 21 vilayətində İslam Şurası Məclisinə seçkilərin ikinci turu başa çatıb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, səsvermənin ilkin nəticələri aprelin 30-da elan olunacaq.
 
Seçkilərin ikinci mərhələsində 136 namizəd 68 mandat uğrunda mübarizə aparıb.
 
Qeyd edək ki, İranda parlament seçkiləri fevralın 26-da keçirilib, İslam Şurası Məclisindəki 290 yerə 221 deputat seçilə bilib.
 





30.04.2016    çap et  çap et