525.Az

ABŞ-dan Azərbaycan və Ermənistana çağırış


 

ABŞ-dan Azərbaycan və Ermənistana çağırış<b style="color:red"></b> ABŞ Dağlıq Qarabağda təmas xəttində baş verən hər hansı zorakılığı qəti şəkildə pisləyir.
 
APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner gündəlik brifinqdə deyib.
 
"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə qayıtmaq lazımdır. Tərəfləri gərginliyin aradan qaldırılmasına və sülh prosesinə qayıtmağa çağırırıq, - deyə Mark Toner bildirib.
 
Qeyd edək ki, iki gün öncə M.Toner gündəlik brifinqə Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolunun olmadığını bildirmişdi.
 





30.04.2016    çap et  çap et