525.Az

Ermənilər 2 əsgər itirdiklərini açıqlayıblar


 

Ermənilər 2 əsgər itirdiklərini açıqlayıblar<b style="color:red"></b> Erməni tərəfi cəbhədə növbəti itkilərə məruz qaldığını açıqlayıb.
 
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, aprelin 30-na keçən gecə işğal altındakı Dağlıq Qarabağın şimalında, Talış kəndi istiqamətində 2 hərbçi ölüb. Bunlar 1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Arutunyandır.
 
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına əsasən erməni tərəfinin təmas xəttində atəşkəsi pozması ilə əlaqədar düşmənin səngərlərinə və atəş nöqtələrinə cavab zərbələri endirilir.
 





30.04.2016    çap et  çap et