525.Az

Ali Neft Məktəbinin təşkil etdiyi beynəlxalq konfrans başa çatdı


 

Ali Neft Məktəbinin təşkil etdiyi beynəlxalq konfrans başa çatdı<b style="color:red"></b>

“Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Praktiki Konfransı yekunlaşıb.

BANM-dən verilən məlumata görə, Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş SOCAR “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Praktiki Konfransının bağlanış mərasimi keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, SOCAR, o cümlədən, SOCAR-ın müxtəlif strukturlarının rəhbərləri, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan şirkətlərinin təmsilçiləri, müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak edib.

Konfransın bağlanışında “Azərikimya” İstehsalat Birliyinin icraçı direktorunun müavini Sərvər Ağayevin “Azərikimya” İstehsalat Birliyi: Modernizasiya və yenidənqurma layihələri”, SOCAR-ın Neft-qaz emalı və neft-kimya kompleksinin baş direktorunun müavini Rauf Nağıyevın “Neft emalı sahəsində Azərbaycanın perspektivli layihələri”, “NPF Tural-110”un rəhbərinin müavini Yevqeniy Puşikin “Müasir şəraitdə Qazaxıstanın mini neftayırma zavodlarının problemləri və perspektivləri. Mazutun və benzinin birbaşa emalı texnologiyaları”, “Hazar Oil” şirkətinin direktoru Mehman Hüseynovun “Türkmənistanda neft emalı istehsal sahələrinin icmalı”, ŞƏT İşgüzar klubunun rəhbərinin İrandakı müavini Aleksandr Şarov “İranın neft-kimya sənaye sahəsinin sansksiyalarından sonraki vəziyyətinin icmalı və inkişaf perspektivi” və digər konfrans iştirakçılarının məruzələri dinlənilib.

Qeyd edək ki, konfransın keçirilməsində məqsəd neft strategiyasının uğurlarını təbliğ etmək, konfransın əhatə etdiyi mövzularla bağlı peşəkar mütəxəssislərin diqqətini Azərbaycanın inkişafına cəlb etmək, müxtəlif ölkələrin nümayəndələri arasında əməkdaşlıq əlaqələri yaratmaq, həmçinin SOCAR və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı informasiya mübadiləsini təmin etmək olub.

Vəfa MƏMMƏDLİ

 





30.04.2016    çap et  çap et