"Sosial şəbəkələr böyük təklükə saçır”.
Bunu millət vəkili Sona Əliyeva parlamentin növbəti plenar iclasında “Uşaq hüquqları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.
”Xüsusilə də, övladlarımızı, azyaşlılarımızı həmin təhlükələrdən qorumaq imkanlarımız azdır” - deyən millət vəkili eyni zamanda bildirib ki, sosial şəbəkələrdə, internetdə virtual tanışlıq və sair hallar bir çox halda təhlükəli sonuclara gətirib çıxarır.
“Məhz bu “tanışlıq”lardan sonra axır zamanlar gənc, yetkinlik yaşına çatmayan qızların evdən qaçmasının şahidi olmuşuq və oluruq. Bu, artıq “ənənəvi” hal almağa başlayıb. Çox təhlükəli bir haldır. Odur ki, bu məsələ ilə bağlı mübarizə tədbirləri gücləndirilməlidir”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.
Qeyd edək ki, “Uşaq hüquqları haqqında” qanunun 15-ci maddəsinə (Uşağın məlumat azadlığı) edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir.
Dəyişiklik uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunmasının müvafiq qanunla tənzimlənməsini nəzərdə tutur.
Kamil HƏMZƏOĞLU