525.Az

Millət vəkilləri yenidən Əkrəm Əylislini topa tutdular


 

Millət vəkilləri  yenidən Əkrəm Əylislini topa tutdular<b style="color:red"></b> “Dünya ədəbiyyatı tarixində elə bir şair, yazıçı şəxsə rast gəlinməyib ki, öz xalqını son həddə qədər aşağılasın və təhqir etsin”.

525.az-ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov komitənin çərşənbə günü keçirilən iclasında bildirib:
,
“Bu Əkrəm Əylislinin Azərbaycan xalqını aşağılayan ilk yazısı deyil. O 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində də yazdığı yazıda azərbaycanlıları aşağılamağa, erməniləri isə yuxarı tutmağa çalışırdı.
 
Hətta o zamanlar SSRİ dövründə “Drujba narodov” jurnalının baş redaktoruna yazdığı müraciətdə bildirirdi ki, mən yaxşı örnəkləri öz millətimdə tapmadığım üçün başqa millətlərdən götürmüşəm”.
N.Cəfərov qeyd edib ki, yazdığı əsər yeni xəyanət deyil, köhnənin xəyanətidir.
 
“Mən Əkrəm Əylislini hər zaman istedadlı insan hesab etmişəm, lakin istedadlı insanın öz xalqına vurduğu ziyan daha təsirli olur”, - komitə sədri deyib.
 
Deputat Leyla Abdullayeva bildirib ki, Əkrəm Əylislinin əsərləri orta məktəb dərsliklərindən çıxarılmalıdır.
 
Millət vəkili Sahibə Qafarova “Daş yuxular”ı bədii cəhətdən çox zəif əsər kimi qiymətləndirib. “Bu əsərdə nə tarixi həqiqət var, nə bədii”, - o deyib.
 
Deputat Jalə Əliyeva isə Əkrəm Əylislini müdafiə edənləri tənqid edib:
“Mən o insanları ağlını başına yığmağa çağırıram. Bu həna o hənadan deyil”.

Kamil Həmzəoğlu
 





13.02.2013    çap et  çap et