525.Az

Məşhurlar yenə Bakıda toplaşacaq


 

Məşhurlar yenə Bakıda toplaşacaq

Ötən ilin ən səs-küylü müsabiqəsi “The first” bu il də tamaşaçıları təəccübləndirməkdə davam edəcək.

525.az-ın məlumatına görə, “Xəyal production” tərəfindən təşkil edilən müsabiqə dünyanın məşhur ulduzlarını Bakıya toplayacaq. Türkiyəli müğənnilər  Selami Şahin, Gökçe, Orhan Ölməz, Sevcan Orhan, Yasemin Polat, “Kral FM”in birnömrəli DJ-i Gezegen Mehmet, Gürcüstanın “Eurovision” təmsilçisi Anri Cohadze oktyabr ayında “Hilton” oteldə keçiriləcək müsabiqəyə qatılacaq. Bu dəfə müsabiqədə Azərbaycanı xalq artisti Zülfiyyə Xanbabayeva təmsil edəcək.

Gecədə məşhur türkiyəli müğənnilər Özcan Dəniz və Sərtab Erenerin də iştirakı gözlənilir.


 

 





25.09.2012    çap et  çap et