525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

2010-cu il. Azərbaycan prezidenti İlham Əliyevin Sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Bu qurumun yaradılmasında məqsəd telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsidir.

1857-ci il. Yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və jurnalist Əsgər ağa Goraninin doğum günü (1857-1910). Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı və Meşəçilik Akademiyasında torpaqşünaslıq üzrə ali təhsil alıb.
 
Moskvada təhsil alarkən, Azərbaycanın ilk milli mətbu orqanı “Əkinçi” qəzetinin ən fəal yazarlarından olan Əsgər ağanın bu qəzetdə 39 məqalə və məktubu çap olunub.

Ömrünün son beş ilini Gəncə (Yelizavetpol) bələdiyyəsinin sədri vəzifəsində çalışıb, tarixdə qalan işlər görüb. Bunlardan biri Nizami Gəncəvinin məqbərəsinin təmiri, ikincisi isə şəhərdə öz hesabına qız məktəbi açması idi.

1991-ci il. Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul ediblər.

Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara alıb.

1791-сi il. Polşa Seymi Avropada ilk Konstitusiya qəbul edib.

1941-ci il. Gürcü şahmatçısı, qadınlar arasında 5-ci dünya çempionu və ilk qadın qrossmeyster (1976) Nona Qaprindaşvilinin doğum günü.

 





03.05.2016    çap et  çap et