525.Az

Los Ancelesdə Azərbaycana dair kitabça


 

Los Ancelesdə Azərbaycana dair kitabça <b style="color:red"></b> Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyi ilə Los Ancelesdə Azərbaycana dair kitabça nəşr edilib.
 
Baş Konsulluqdan 525.az-a verilən məlumata görə, “Azerbaijan: Land of Hope, Tolerance and Inspiration” adlı kitabçada Azərbaycanın zəngin musiqisi və mədəniyyəti, tarixi, güclü tolerantlıq və multikulturalizm ənənələri, iqtisadi inkişafı, enerji siyasəti, diplomatiyası və turizm potensialı haqda oxuculara məlumat verilir.
 
Kitabçada Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı mühüm rol vurğulanaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin önəmindən, “Cənub Qaz Dəhlizi” layihəsinin istehsalçı, tranzit və istehlakçı ölkələrə verəcəyi uzunmüddətli faydalardan bəhs olunur. Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən də danışılır.
 
Nəfis şəkildə tərtib olunmuş kitabçada mövzulara uyğun rəngarəng fotoşəkillər də öz əksini tapıb.
 
Kitabçanın ABŞ konqresmenlərinə, Kaliforniya və digər qərb ştatlarının qanunvericilərinə, ictimai-siyasi xadimlərə, biznes dairələrinə, KİV-lərə, elm və təhsil ocaqlarına göndərilməsi planlaşdırılır.
 





03.05.2016    çap et  çap et