525.Az

Kamran Ağayev cəzalandırıldı


 

Kamran Ağayev cəzalandırıldı<b style="color:red"></b>

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bır sıra qərarlar verilib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqanın 32-ci turunun “İnter” – “Sumqayıt” matçının 27-ci dəqiqəsində “İnter”in futbolçusu Kamran Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.

Oyunun 90+1-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cəmil Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib.

Topaz Premyer Liqasının 32-ci turunun “Zirə” – “Qarabağ” matçı başa çatdıqdan sonra “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

 





03.05.2016    çap et  çap et