525.Az

"Rusiya nədən Suriyada?"


 

İLDIRIM BƏYAZİT UNİVERSİTETİNİN PROFESSORU SALİH YILMAZIN YENİ KİTABI BU MÜHÜM MÖVZUYA HƏSR EDİLİB

"Rusiya nədən Suriyada?" <b style="color:red"></b>

Türkiyənin paytaxtı Ankaradakı İldırım Bəyazit Universitetinin professoru Salih Yılmazın bu günlərdə çap edilən "Rusiya nədən Suriyada?" adlı kitabı elmi dairələrdə böyük marağa səbəb olub.

Ümumi şəkildə kitab Rusiyanın Suriya siyasətinin səbəbləri, PKK/PYD siyasətləri, dünyadakı neft müharibələri və Putinin siyasətinə aid geniş məlumatlar verir.

Kitabda Türkiyə-Rusiya arasında meydana çıxan böhran və rəqabəti analiz edir və problemi aydınlaşdırmaq üçün suallara cavab verilməyə çalışılmışdır. Eyni zamanda Suriyada aparılan siyasətlərin ümumi səbəbləri üzərində də dayanılır.

Nəşrdə qeyd edilir ki, Rusiya, Avrasiya və Suriyada  maraqları toqquşan Türkiyə ilə böhrana girməyi gözə alaraq Suriyaya müdaxilə etmişdi. Bu müdaxilənin ümumi tərifi qısaca Putinin tarixi rus ideyası siyasətini aktivləşdirməsidir. Müəllif tarixən mövcud olan Türkiyə-Rusiya münasibətlərindən də bəhs edir: "Bugünlərdə Türkiyə-Rusiya arasında ortaya çıxan böhran və rəqabəti anlamaq üçün yaxın dönəmdə olub-bitənlər bizə bir ipucu verir. Rusiya-Türkiyə münasibətlərinə nəzər salsaq, tarixdə bu iki ölkə hər zaman rəqabət aparıblar. İş birlikləri də məhdud olub. Ən çox işbirlikləri qurduqları dönəm 1700-cü illərdə olub ki, bu da cəmi 8 il davam edib.  2000-ci illərdə isə Rusiyada Putinin iqtidara gəlməsi və 2002-ci ildə isə Türkiyədə AKP-nin iqtidara gəlməsi ilə iki ölkə arasında 12 il çox yaxşı münasibətlərin olduğunu görürük. Bir sözlə, günümüzdəki dönəm Türkiyə-Rusiya münasibətlərinin ən uzun müddətli dönəmi hesab oluna bilər".

Kitabda iki ölkə arasında əməkdaşlığın vacibliyinə də toxunulur və bildirilir ki, hər iki xalqın yaşadıqları coğrafiya ortaq coğrafiyadır və iki ölkənin eyni bölgələrdə mənfəətləri də ziddiyyət təşkil edir. Rusiya iqtisadi baxımdan enerjidən asılı ölkədir və bu enerjini xaricə daşıya bilməsi üçün Türkiyəyə ehtiyacı var. Rusiya üçün Türkiyə bu enerjini xaricə çıxara bilmək üçün həm bazar, həm də Avropaya açılmağın tək yoludur. Lakin Rusiya üzərindən gələ biləcək yeni xətlər xaricində, Azərbaycan Bakı-Ceyhan neft kəməri və TANAP dediyimiz təbii qaz xəttini qurmaq istəyir. Rusiya bunları rəqabət olaraq qəbul edir.

Xalqlar arasında münasibətlərə gəlincə,  bildirilir ki, bu sahədə heç bir problem yoxdur: "Təyyarə böhranı dönəmində Rusiya Türk vətəndaşlarına pis davrandı. Lakin hadisələr bir daha göstərdi ki, xalqların yaxınlığında hər hansı problem yoxdur. Türkiyə və türklərin türk toplumu ilə heç bir problemi mövcud deyil. Əksinə iki toplum qarşılıqlı şəkildə dərin məhəbbət və sevgi içərisində yaşayır. Türklərlə ruslar arasında həm iqtisadi, həm də ailə bağları qüvvətlidir. Rus-türk münasibətləri Putinin Suriya sevdasına qurban verilib". Lakin müəllif Rusiya-Türkiyə münasibətlərinin gələcəyinə optimist yanaşır və bu münasibətlərin yaxın gələcəkdən stabilləşəcəyi proqnozunu istisna etmir: "Putin sonra heç bir şey olmamış kimi davam edəcək. Hətta Putinin çətin durumda qaldıqda belə ilk sarılacağı Türkiyə dostluğu olacaq".

Məlumat üçün bildirək ki, professor  Salih Yılmaz 1996-2015-ci illər arasında Rusiya, Orta Asiya və digər bəzi ölkələrdə akademik fəaliyyətlərdə iştirak edib. Orta Asiya, Qafqaz, Rusiya tarixləri, erməni məsələsi və s. əsas araşdırmaları arasında yer almaqdadır. Rusiyada İslam və İslamofobiya, Qafqaz topluluqları, Rusiya topluluqları, Avrasiya Birliyi mövzusunda fəaliyyəti davam etməkdədir. Son zamanlar isə o, Qarabağ münaqişəsi ilə bağlı  "Dağlıq Qarabağ böhranının səbəbləri və nəticələri nələrdir?", "Dağlıq Qarabağda nələr olur" kimi araşdırma məqalələri yazmaqla da Azərbaycan tarixinə töhfə verməkdədir.

Mehparə SULTANOVA

 





03.05.2016    çap et  çap et