525.Az

Prezidentin Pasxa təbriki pravoslav icmasına təqdim edilib


 

Prezidentin Pasxa təbriki pravoslav icmasına təqdim edilib<b style="color:red"></b>

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev prezident İlham Əliyevin Pasxa bayramı münasibətilə imzaladığı təbrik mətnini Pus Pravoslav icmasının üzvlərinin Bakıdakı Jen Mironosits pravoslav kafedral kilsəsində  keçirdikləri dini mərasimdə  oxuyub.
 
O, təbriki  Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşeinə təqdim edib.

"Gözəl bahar günlərində qeyd olunan Pasxa bayramı insanlarda yüksək əhval-ruhiyyə və nikbinlik yaradan, şəfqət və mərhəmət hisslərini artıran, cəmiyyətdə xeyirxahlıq və həmrəylik prinsiplərinin bərqərar olmasına xidmət edən əlamətdar günlərdəndir.
 
Bu bayram müxtəlif dini konfessiyaların əsrlər boyu qarşılıqlı etimad və əmin-amanlıq şəraitində dinc yanaşı yaşadığı Azərbaycanda geniş surətdə qeyd edilir.Azərbaycanda yaşayan xristian icmasının nümayəndələri ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edərək, onun hərtərəfli inkişafı işinə öz layiqli töhfələrini verir. Qoy bu nurlu bayram hər birinizə xoş ovqat, ailələrinizə firavanlıq və sevinc gətirsin".

Prezident İlham Əliyevin onlara ünvanladığı  bu səmimi sözləri Azərbaycan Pravoslavlarına həssas və qayğıkeş münasibət kimi dəyərləndirən icma üzvləri dövlət başçısına öz dərin ehtiramlarını ifadə ediblər, Prezidentə çətin və şərəfli işlərində uğurlar,  möhkəm cansağlığı arzulayıblar.

 





03.05.2016    çap et  çap et