525.Az

"Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin rəsmi açılış mərasimi keçiriləcək


 

"Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin rəsmi açılış mərasimi keçiriləcək<b style="color:red"></b>

Mayın 4-də Gəncədə Heydər Əliyev Mərkəzində "Gəncə Avropa Gənclər Paytaxtı 2016" layihəsinin rəsmi açılış mərasimi keçiriləcək.
 
APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açacaq.

Açılış mərasimdə Prezident Administrasiyası, mərkəzi icra orqanların və Avropa Gənclər Forumunun nümayəndələri, "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin nümayəndəsi çıxış edəcək.  Həmin gün Gənclər Evinin və "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin ofisinin açılışları da nəzərdə tutulub.

Mayın 5-də Avropa Gənclər Paytaxtları Şəbəkəsinin görüşü keçiriləcək. Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı E. Vəliyev açacaq.

Görüşdə Avropa Gənclər Paytaxtları Şəbəkəsinin baş katibi Andras Farkas , o cümlədən, Braqa, Maribor, Saloniki, Kluj-Napoka, Vprna, Kaskais şəhərlərinin nümayəndələri çıxış edəcəklər. Həmin gün "Qadınlar zirvədə" layihəsinin də təqdimatı keçiriləcək.

Təqdimat mərasimində Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman, o cümədən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, millət vəkili Pərvin Kərimzadə, Avropa Gənclər Forumunun üzv təşkilatlarının beynəlxalq ekspertləri çıxış edəcəklər.

 





03.05.2016    çap et  çap et