525.Az

Azərbaycanlı fotoqrafın əsəri Fransadakı xeyriyyə-satış sərgisində


 

Azərbaycanlı fotoqrafın əsəri Fransadakı xeyriyyə-satış sərgisində<b style="color:red"></b>

"Cornette de Saint Cyr" hərrac evi Fransanın Saint Tropez şəhərində "Ümid zənciri" Assosiasiyası üçün xeyriyyə-satış sərgisi təşkil edib.

Azərbaycanlı gənc fotoqraf Maya Bağırovanın Xəzər dənizi sahilində çəkilmiş "Tənhalıq" fotosu da tanınmış fotoqrafların əsərlərindən təşkil olunan xeyriyyə-satış sərgisində yer alıb.

Maya Bağırovanın fotosu təxminən 800 avro məbləğində qiymətləndirilib.

Qeyd edək ki, 2015-ci ilin dekabr ayında Parisdə Luvr muzeyinin Karusel salonunda SNBA fotosərgisində Azərbaycanı beş fotosu ilə təmsil edən Maya Bağırova "Fotoqrafiya" nominasiyasında üç mükafat alıb.

Onun "Tənhalıq" və "Çöl gülləri" fotoları SNBA-nın və bu təşkilatın dəvətli münsiflər heyətinin "Fotoqrafiya" nominasiyasının iki qızıl və "Jan Larivyer" mükafatına layiq görülüb.

Professor Alen Döloşun 20 ildən çoxdur təsis etdiyi "Ümid zənciri" Assosiasiyasının əsas məqsədi xəstə uşaqlara yardım etməkdir.

 





03.05.2016    çap et  çap et