525.Az

“Türkiyə bütün şərtləri icra etməlidir”


 

“Türkiyə bütün şərtləri icra etməlidir”<b style="color:red"></b> Avropa İttifaqı ilə viza rejiminin ləğv olunması üçün Türkiyə bütün şərtlərə əməl etməlidir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Çexiyanın baş naziri Boquslav Sobotka “Twitter” səhifəsində dərc edib. 
 
Qeyd edək ki, Avropa Komissiyası Türkiyə üçün viza rejiminin ləğv olunmasını mayın 4-də təsdiqləməlidir.
 
Razılaşmaya əsasən, Aİ ilə vizaların ləğv olunması üçün Türkiyə Aİ-nin 72 bənddən ibarət tələblərini icra etməlidir.  Avropa Komissiyası hesab edir ki, Türkiyə şərtlərin yalnız yarısına əməl edib.
 





04.05.2016    çap et  çap et