525.Az

Bakı rusiyalı turistlərin ən çox ziyarət etdiyi 10 şəhər arasındadır


 

Bakı rusiyalı turistlərin ən çox ziyarət etdiyi 10 şəhər arasındadır<b style="color:red"></b> Rus turistlərinin cari ilin may ayının əvvəlində ən çox səyahət etdiyi şəhərlərin reytinqi açıqlanıb.
 
"APA-Economics" travel.ru saytına istinadən xəbər verir ki, reytinq 30 aprel - 4 may tarixlərində otel və hostellərdə bronlaşdırmaya əsaslanıb.
 
Sayt yazır ki, rus turistlər Bakıda 1 sutka ərzində orta hesabla 3 min rubl və ya 68 manat xərcləyiblər.
 
Müqayisə üçün qeyd edək ki, qonşu ölkənin turistləri 1 sutka ərzində  Belarus və Polşada 2 min rubl və ya 45 manat, Sinqapur və Londonda isə 10 min rubl və ya 227 manat xərcə düşüblər.
 
Ümumiyyətlə, rus turistlərinin qeyd edilən vaxt kəsiyində ən çox axın etdiyi şəhərlərin ilk onluğu bu cürdür: Minsk, Riqa, Praqa, Tallin, Bakı, Vilnüs, Tbilisi, Roma, Helsinki, və Belqrad.
 





04.05.2016    çap et  çap et