525.Az

“Qanunsuz miqrasiya kəskin azalıb”


 

“Qanunsuz miqrasiya kəskin azalıb”<b style="color:red"></b> “Son zamanlar Azərbaycanda qanunsuz miqrasiyaya qarşı çox ciddi tədbirlər görülür”.
 
APA-nın xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.
 
O bildirib ki, son 2 ayda  ölkədə miqrasiya qanunvericiliyinin tələblərini pozan 3 mütəşəkkil dəstə aşkarlanıb:
 
“Mütəşəkkil dəstənin əsas təşkilatçıları da müəyyənləşdirilib, artıq ölkədən kənara çıxarılıb. Onlar Banqladeş və Pakistan vətəndaşlarını Azərbaycana dəvət etməklə, buradan Avropa ölkələrinə göndərmək istəyirlər. Haradasa 75 nəfər aşkarlanıb”.
 
F. Nəbiyev qeyd edib ki, son illər Azərbaycanda qanunsuz miqrasiya kəskin şəkildə azalıb:
 
“Əgər 2012-ci ildə 633 şirkətdə əməkçi miqrantlarla bağlı qanun pozuntusu aşkarlanmışdısa, 2015-ci ildə 153 şirkətdə qanunsuzluq ortaya çıxıb. Sahibkarlar, iş adamları qanunlara tam riayət edirlər”.
 





04.05.2016    çap et  çap et