525.Az

Britaniya Universitetinin nümayəndələri Neft Sənaye Universitetində


 

Britaniya Universitetinin nümayəndələri Neft Sənaye Universitetində <b style="color:red"></b>

Böyük Britaniyanın Lester Universitetinin Beynəlxalq Əlaqələr Ofisinin Strateji Əməkdaşlıq şöbəsinin direktoru Maykl Qrin və Mərkəzi Asiya üzrə regional menecer Assel Bazilgalamova Azərbaycan Dövlət Neft və Sənaye (ADNSU) universitetinin qonağı olublar. 

Universitetdən verilən məlumata görə, görüş universitetlə yaxından tanışlıq gəzintisi ilə davam edib.

Xatırladaq ki, Lester Universiteti ilə əməkdaşlıq 2015-ci ilin noyabr ayında Britiş Konsulun təşkil etdiyi təhsil sərgisində qurulub və memorandumla rəsmiləşdirilib. Beynəlxalq Əməkdaşlıq Ofisinin Lester Universiteti ilə sıx əlaqələri artıq iki beynəlxalq layihəyə uğurlu müraciətlə davam etdirilir. Bu səfər də məhz hər iki universitetinin beynəlxalq əməkdaşlıq şöbələrinin “ADNSU kitabxanasının yenidən qurulmasında Lester Universitetinin dəstəyi” ilə bağlı Britiş Konsuldan birgə qazanılmış qrant layihəsi çərçivəsində həyata keçirilib. Layihənin əsas məqsədi ADNSU kitabxanasının müasir tələblərə uyğun yenidən qurulmasında Lester təcrübəsindən istifadə edərək bu çətin işin öhdəsindən gəlmək üçün peşəkar yardım almaqdır. Bu məqsədlə Qrin universitetin kitabxanası ilə yaxından tanış olub. Qonaq kitabxananın mövcud resursları və inzibati idarə olunması haqqında ətraflı məlumatlar əldə edib.

Qeyd edək ki, Lester Universitetinin kitabxanasının direktorunun və bir neçə digər kitabaxana mütəxəssisinin ADNSU-ya səfəri və layihə çərçivəsində daha konkret tədbirlərin görülməsi planlaşdırılır.

Lester nümayəndəsi onu da vurğulayıb ki, Lester Universiteti Erasmus+ Beynəlxalq Kredit Mobilliyi çərçivəsində ADNSU ilə mübadilə üçün müraciət etdiyi qrant layihəni qazanıb. Bu layihə üçün qazanılmış qrant qarşıdakı iki il ərzində ADNSU və LU arasında tələbə, akademik və inzibati heyətin mübadiləsininin maliyyələşdirilməsinə xərclənəcək.

Vəfa MƏMMƏDLİ

 





04.05.2016    çap et  çap et