525.Az

İvanişvili Türkiyəyə gəlir


 

İvanişvili Türkiyəyə gəlir<b style="color:red"></b>

Gürcüstanın baş naziri Bidzina İvanişvili Türkiyəyə gəlir.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, səfər baş nazir Rəcəb Tayyib Ərdoğanın dəvəti  əsasında həyata keçirilir.

İvanişvili Ankarada prezident Abdulla Gül,  Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüşlərdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılacaq, regional və beynəlxalq məsələlər dəyərləndiriləcək.

İvanişvilini səfərdə müdafiə naziri İrakli Alasaniya müşayiət edir.

Gürcüstanın baş naziri gələn ay da Ermənistan və Azərbaycana gedəcək.

 





14.02.2013    çap et  çap et