525.Az

AKP-nin növbədənkənar qurultayı keçiriləcək


 

AKP-nin növbədənkənar qurultayı keçiriləcək<b style="color:red"></b> Bu ay Türkiyənin hakim partiyası AKP-nin növbədənkənar qurultayı keçiriləcək.
 
APA-nın “Hürriyet”-ə istinadən verdiyi məlumata görə, bu gün prezident Ərdoğanla görüşən baş nazir Əhməd Davudoğlunun bu barədə sabah açıqlama verəcəyi bildirilir.
 
Partiyanın may ayında qurultaya gedəcəyi ifadə edilir. Kulislərdə baş nazir Əhməd Davudoğlunun namizəd olmayacağı danışılır.
 
Öz növbəsində, prezident administrasiyasındakı mənbələr görüşün adi olduğunu və bu barədə şərh verilməyəcəyini bildiriblər.
 
NTV telekanalının məlumatına görə, qurultayın keçirilməsinin dəqiq vaxtı sabah bəlli olacaq. Baş nazir Əhməd Davudoğlunun partiya sədrliyinə namizədliyini verməyəcəyi bildirilir.
 





04.05.2016    çap et  çap et