525.Az

Lavrov: "Ermənistan bəyan edir ki..."


 

Lavrov: "Ermənistan bəyan edir ki..."<b style="color:red"></b> “Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı müzakirə aparacağı ilə bağlı xəbərlərdən təlaş keçirməyə səbəb yoxdur, çünki Ermənistan bəyan edir ki, regionun statusu birtərəfli qaydada müəyyən edilməyəcək”.
 
APA-nın məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində deyib.
 
Nazir bildirib ki, Ermənistan bu məsələni müzakirə etmir:

“Bu, parlamentin 2 üzvünün təklifidir. Ermənistan hökuməti də öz qanunlarına əsasən bu qanun layihəsi üçün yekun rəy hazırlamalıdır.

Mən İrəvanda olanda və daha sonra həmkarımla telefon danışığı zamanı, eləcə də aprel hadisələrindən sonra o Moskvaya gələrkən aydın şəkildə bildirdilər ki, Ermənistan münaqişənin sülh yolu ilə həllinə sadiqdir.

Bu, o deməkdir ki, Dağlıq Qarabağın statusu birtərəfli qaydada deyil,  ümumi razılıq əsasında müəyyənləşdiriləcək”.
 





04.05.2016    çap et  çap et