525.Az

Qumbara partlayışında ölən və yaralananların kimliyi məlum olub - Yenilənib


 

Qumbara partlayışında ölən və yaralananların kimliyi məlum olub - <b style="color:red">Yenilənib</b>

Ötən gecə Gəncədə əl qumbarasının partladılması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Elbrus Allahverdiyev küçəsində (Abbas Səhhət yaşayış massivi) yerləşən çayxanada şəhər sakinləri, 1972-ci il təvəllüdlü Məhərrəm Əhmədovun əlindəki “F-1” tipli qəlpəli əl qumbarasının partlaması nəticəsində özü və qardaşı oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədov hadisə yerində ölüblər.

M. Əhmədovun oğlu, 1998-ci il təvəllüdlü Nəriman Əhmədov, qardaşı oğlu, 1994-cü il təvəllüdlü Orxan Mirzəyev və 1975-ci il təvəllüdlü Sadiq Əhmədov müxtəlif qəlpə yaraları ilə Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, hadisə mübahisə zəmində baş verib.  Qarşı tərəfdən mübahisədə iştirak edən bir neçə nəfər saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda başlanıb.
 
*** 09:40
 
Ötən gecə Gəncədə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən insident baş verib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Abbas Səhhət adlanan yaşayış massivindəki çay evində mübahisə edə 4 nəfərdən biri əlində olan qumbaranı partladıb.  Hadisə zamanı iki nəfər  ölüb, iki nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

 





05.05.2016    çap et  çap et