525.Az

Sarkisyana Ermənistanda azərbaycanca müraciət edildi (VİDEO)


 

Sarkisyana Ermənistanda azərbaycanca müraciət edildi <b style="color:red">(VİDEO)</b>

Sərkisyan: “Unutmayın ki, bu dili başa düşürəm, siz deyəsən köhnə vaxtlar üçün darıxmısınız”

Ermənistanın prezidenti Serj Sərkisyan dünən Vardenis şəhərində seçicilərlə görüş keçirib. APA-nın “Aravot” qəzetinə istinadən verdiyi məlumata görə, görüş zamanı bir qoca kişi Serj Sərkisyana Azərbaycan dilində müraciət edib: “İcazə verin, kağızda yazdığım sözlərdən başqa öz ürək sözlərimi deyim. Prezidentinin, kişinin dediyi sözün dəyəri böyükdür. Bu dəyəri aşağı salmağa olmaz”.
 
Qoca kişi öz fikirlərini erməni dilinə tərcümə etmək istəyəndə Serj Sərkisyan onun sözünü kəsib bunları dedi: “Mən sizin dediklərini anladım, yadından çıxartmayın ki, mən də bu dili başa düşürəm. Siz deyəsən köhnə vaxtlar üçün darıxmışsınız”.

 





14.02.2013    çap et  çap et