525.Az

"Real" "Arsenal"ın rekordunu təkrarladı


 

"Real" "Arsenal"ın rekordunu təkrarladı<b style="color:red"></b>

Çempionlar Liqasının finalına yüksələn "Real" klubu "Arsenal"ın rekordunu təkrarlayıb.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi buna "Mançester Siti" ilə yarımfinalın cavab görüşündə nail olub.

Öz meydanında rəqibinə 1:0 hesabı ilə qalib gələn "Kral klubu" bu dəfə də qapısının toxunulmazlığını qoruyub. Bununla da, cari mövsüm turnirdə qol buraxmadığı oyunların sayını 10-a yüksəldən "Real" "Arsenal"ın rekorduna şərik olub.

Qeyd edək ki, "Arsenal" 2005/2006 mövsümündə Çempionlar Liqasının 10 oyununda qapısının toxunulmazlığını qoruyub.

 





05.05.2016    çap et  çap et