525.Az

Milanda Madrid derbisi


 

Milanda Madrid derbisi<b style="color:red"></b>

Dünən Çempionlar Liqasında digər finalçının adı bəlli olub.

Qol.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda  “Real” (Madrid) “Mançester Siti”ni qəbul edib.

Mançesterdə keçirilən ilk oyunda qolsuz heç-heçə qeydə alındığından komandaların şansı bərabər qiymətləndirilirdi. Madriddə görüşün taleyini bir qol həll edib. Fernandonun 20-ci dəqiqədəki avtoqolu "Real"ı finala yüksəldib.

Qeyd edək ki, "Real" finalda Madridin digər komandası “Atletiko” ilə qarşılaşacaq. Mayın 28-də Milanda keçiriləcək final görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

4 may

Çempionlar Liqası, yarımfinalın cavab oyunu

22:45."Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə) - 1:0
Qol
: Fernando, 20-avtoqol (1:0)
İlk oyun - 0:0

 





05.05.2016    çap et  çap et