525.Az

Maliyyə Bazarlarına Nəzarət Palatası İslam bankçılığının tətbiqinə qarşıdır


 

Maliyyə Bazarlarına Nəzarət Palatası İslam bankçılığının tətbiqinə qarşıdır<b style="color:red"></b> Maliyyə Bazarlarına Nəzarət Palatası İslam bankçılığının tətbiqini məqbul hesab etmir.
 
Bank sektorundan "APA-Economics"ə verilən məlumata görə, bu məsələ kredit təşkilatları tərəfindən Palata qarşısında qaldırılıb.

Palata rəsmiləri isə bildirib ki, İslam bankçılığı ilə bağlı Mərkəzi Bankın qərarını dəstəkləyir və onun tətbiq olunmasını məqbul hesab etmir.
 
Palata mövqeyini bununla izah edir ki, bu, tamamilə fərqli tənzimləmə qaydaları tələb edir.

Fərqli tənzimləmə qaydaları deyərkən, Palata Şəriət Komitəsinin qurulması və sair kimi əlavə yeni strukturların yaradılmasını nəzərdə tutur.
 





05.05.2016    çap et  çap et