525.Az

“Barselona”dan Ardaya yaşıl işıq


 

“Barselona”dan Ardaya yaşıl işıq<b style="color:red"></b>

“Barselona”nın baş məşqçisi Luis Enrike son vaxtlar komandasının ehtiyat futbolçular sırasında olan və istədiyi oyunu nümayiş etdirə bilməyən Arda Turanla bağlı vacib açıqlama verib.

Qol.az-ın xəbərİnə görə, o, İspaniyanin “AS” qəzetinə müsahibəsində Ardayla yanaşı braziliyalı Dani Alveslə bağlı da fikirlərini bildirib.

Luis Enrike son vaxtlar adı Çin klublarından biri ilə hallanan Ardanın transferinə mane olmayacağını bildirib.

O, türk futbolçudan məmnun olduğunu bildirsə də, “mövsümün sonu yaxşı təklif gəlsə və Arda da getmək istəsə, onun qarşısını almayacam” sözlərin işlədib.

O, Dani Alves haqda da eyni fikirləri söyləyib.

 





05.05.2016    çap et  çap et