525.Az

UNEC-də yeni layihə: “Oxu saatı” - Video


 

UNEC-də yeni layihə: “Oxu saatı” - <b style="color:red">Video</b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Oxu saatı” keçirilib.

Universitetdən 525.az-a verilən məlumata görə, Maliyyə və mühasibat fakültəsinin professor-müəllim heyəti ilə tələbələrinin iştirak etdiyi “Oxu saatı”nın məqsədi tələbələr arasında mütaliəyə diqqətin artırılması, oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil etməkdir.

Növbəti görüşlərdə “Oxu saatı”nda kitabların müzakirəsi də təşkil ediləcək. Müzakirələrdə ayın ən çox oxunan, maraqlı və müzakirə edilən kitabı müəyyən ediləcək və sonda seçilən kitablar növbəti ayın mütaliəsi üçün tövsiyə olunacaq.

Bundan başqa, tədbirdə tələbələr sevdikləri kitablar haqda təqdimatla da çıxış edəcəklər. Tələbələr UNEC-dən məzun olduqdan sonra da “Oxu saatı”na qatıla biləcək. Bu da fakültənin öz məzunları ilə daima sıx əlaqədə olmasına və UNEC tələbələri ilə məzunlarının özlərini daima eyni komandanın üzvü hiss etməsinə bir vasitə olacaq.

“Oxu saatı” ayda bir dəfə keçiriləcək və iştirak könüllüdür. Kitaba marağı nəzərə alaraq, gələcəkdə görüşlərin həftəlik də keçirilməsi nəzərdə tutulub.

“Oxu saatı” haqqında bütün məlumat və şəkillər sosial şəbəkələrdə #oxusaati #kitaboxu #UNEC #readinghour #readanybook vahid haştəqi ilə paylaşılıb.

 





05.05.2016    çap et  çap et