525.Az

İranda dəvə qaçışı yarışları keçirilib


 

İranda dəvə qaçışı yarışları keçirilib<b style="color:red"></b>

İranın İsfahan şəhəri yaxınlığındakı Hara düzənliyində dəvə qaçışı yarışları keçirilib.

Yerli fermerlər tərəfindən təşkil olunmuş yarışda İranın müxtəlif bölgələrində yetişdirilmiş dəvələr iştirak edib. Yarış sadə qaydalarla keçirilib.

Müəyyən olunmuş məntəqəyə daha tez çatan dəvə və onun sahibi qalib elan olunub.

Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.

Yarışlar yerli və xarici turistlərin marağına səbəb olub.

AzərTAc

 





06.05.2016    çap et  çap et