525.Az

Hava şəraiti ilə bağlı xəbərdarlıq


 

Hava şəraiti ilə bağlı xəbərdarlıq<b style="color:red"></b> Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, mayın 7-si qərb rayonlarından başlayaraq mayın 9-dək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə intensiv olma ehtimalı var. Temperatur tədricən 3-5 dərəcə aşağı enəcək.

Cavid QƏDİR
 





06.05.2016    çap et  çap et