525.Az

Miqrasiya Məcəlləsində dəyişiklik


 

Miqrasiya Məcəlləsində dəyişiklik <b style="color:red"></b>

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Qanun layihəsində Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi, yaxud təsisçilərindən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan vətəndaşları və ya Azərbaycanda təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi nəzərdə tutulub.

Müvafiq olaraq iş icazəsinin alınması tələb olunmayan halların da sayı artırılıb. Azərbaycanda təsis edilmiş və təsisçisi, yaxud təsisçilərindən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan vətəndaşları və ya Azərbaycanda təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə iş icazəsinin alınması tələb olunmur.
 
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

 





06.05.2016    çap et  çap et