525.Az

ABŞ səfiri: "Tərəflərin sülh sazişi üzərində birgə işləməsi vacibdir"


 

ABŞ səfiri: "Tərəflərin sülh sazişi üzərində birgə işləməsi vacibdir"<b style="color:red"></b> “İndiki məqamda tərəflərin atəşkəs rejiminə riayət etməsi, vəziyyəti daha da çətinləşdirəcək addımlardan çəkinməsi və böyük sülh sazişi üzərində birgə işləməsi çox vacibdir”.
 

APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistanda Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması ilə bağlı gedən müzakirələrə münasibət bildirərkən deyib.

O xatırladıb ki, ABŞ Dövlət Departamentinin bununla bağlı bəyanatı olub:

“Minsk Qrupunun həmsədrləri böyük sülh sazişi üzərində iş aparılması üçün tərəflərlə işləyirlər. ABŞ dövlət katibi Con Kerri də bu məsələni diqqətdə saxlayır. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik gərginliyin azaldılması və tərəfləri bir araya gətirərək sülh razılaşmasına nail olmaq istiqamətində çalışır. Hər kəs öz diqqətini məhz bu istiqamətə yönəltməlidir”.
 





06.05.2016    çap et  çap et