525.Az

Turizm Universitetinin bir qrup əməkdaşı və tələbəsi "İsveçrədə təhsil" tədbirində


 

Turizm Universitetinin bir qrup əməkdaşı və tələbəsi "İsveçrədə təhsil" tədbirində<b style="color:red"></b>

Azərbaycan Turizm və Menecment Universitetinin bir qrup tələbəsi və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları mayın 4-də ADA Universitetində "İsveçrədə təhsil" mövzusuna həsr edilən tədbirdə olublar.

Universitetdən verilən məlumata görə, ADA Universitetində keçirilən tədbirə xüsusi qonaq statusunda İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder iştirak edib.

İştirakçılar tərəfindən maraqla izlənilən xüsusi təqdimatın sonunda İsveçrə haqqında viktorina keçirilib. Turizm Universitetinin (ATMU) tələbəsi İsa İsmayılov da fəal iştirakına görə İsveçrə istehsalı olan hədiyyələrlə mükafatlandırılıb.

Tədbirin sonunda səfir Filip Stalder və ali təhsil müəssisəsinin əməkdaşları ATMU və İsveçrənin müvafiq təşkilatları arasındakı əməkdaşlığın səmərəliliyi barədə diskussiya aparıblar.

Söhbət əsnasında Dünya Turizm Forum Lüsern təşkilatının təşəbbüsü ilə 2017-ci ilin 4-5 may tarixində Lüserndə keçiriləcək "Gənc İstedadlar" Proqramında ATMU tələbələrinin iştirakı məsələsindən də danışılıb.

Həmçinin İsveçrə səfirliyinin nümayəndəsi Enur İmerinin yaxından iştirakı ilə ADA-nın Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları və tədbirə dəvətlilər müzakirə predmeti kimi universitetlərarası əməkdaşlığın inkişaf perspektivlərinə münasibətlərini bildiriblər.

Vəfa MƏMMƏDLİ

 





06.05.2016    çap et  çap et