525.Az

BDU-da Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilib


 

BDU-da Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü qeyd edilib<b style="color:red"></b>

Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

BDU ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumataına görə, tədbir iştirakçıları əvvəlcə BDU-nun inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyub, ümummilli liderin xatirəsini dərin ehtiramla yad ediblər.

Ulu öndərlə bağlı kitab sərgisinin nümayişindən sonra tədbir universitetin professor-müəllim heyəti, çoxsaylı qonaqlar və tələbələrin iştirakı ilə davam edib. Rektor Abel Məhərrəmov tədbiri açaraq müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən prezident İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır.

Baş nazirinin müavini Əli Əhmədov ümummilli lider Heydər Əliyevin ölkəmizin quruculuğu, daxili və xarici siyasət istiqamətindəki fəaliyyəti ilə bağlı məruzə edib. Bildirib ki, Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanıb.

Sonra BDU-nun idman kompleksində ümummilli liderin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş fakültələrarası futbol turnirində və digər idman növləri üzrə yarışlarda qalib olmuş şəxslərə mükafatlar təqdim edilib.

Futbol turnirində tarix fakültəsi birinci, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi ikinci, sosial elmlər və psixologiya, hüquq fakültələri üçüncü yerləri tutublar.

Vəfa MƏMMƏDLİ

 





06.05.2016    çap et  çap et