525.Az

Nizami Ələkbərovun işdən çıxarılması xəbərinə İcra Hakimiyyəti aydınlıq gətirdi


 

Nizami Ələkbərovun işdən çıxarılması xəbərinə İcra Hakimiyyəti aydınlıq gətirdi<b style="color:red"></b>

İsmayıllı rayon İcra Hakimiyyəti icra başçısı Nizami Ələkbərovun işdən azad olunması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

İcra başçısının birinci müavini Rafael Əhmədov Modern.az-a açıqlamasında yayılan xəbərlərin doğru olmadığını bildirib.

R.Əhmədov bir neçə dəqiqə bundan öncə icra başçısı ilə görüşdüyünü, Nizami Ələkbərovun da bu xəbəri təkzib etdiyini bildirib.

“Bu tamamilə yalan məlumatdır. Sadəcə olaraq, sosial şəbəkələrdə yayılıb. Mən on dəqiqə bundan öncə Nizami müəllimlə bu haqda söhbət etdim. Onun özü də bunun yalan olduğunu bildirdi. Hazırda Nizami müəllim həmişəki kimi iş başındadır. Onun işdən azad olunması xəbəri yalandır”,-deyə R.Əhmədov açıqlama verib.

Milli Məclisin İsmayıllıdan seçilən deputatı Novruz Aslan məsələdən xəbərsiz olduğunu deyib:

“Mən hər həftə olduğu kimi bu gün də İsmayıllıya getmişdim. Hardasa yarım saat olar rayondan qayıtmışam. Orada Nizami Ələkbərovla da görüşdüm. Bu haqda hər hansı xəbərə rast gəlməmişəm. Mən gələndən sonra nəsə olubsa deyə bilmərəm”.

Qeyd edək ki,  sosial şəbəkələrdə yayılan informasiyalara görə, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov vəzifədən azad olunub. Onun yerinə isə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıqovun təyin edildiyi bildirilib.

 





14.02.2013    çap et  çap et