525.Az

Fuad Muradov: “Bəzi insanlar prezidentin çıxışından özlərinə nəticə çıxarmalıdır”


 

Fuad Muradov: “Bəzi insanlar prezidentin çıxışından özlərinə nəticə çıxarmalıdır”<b style="color:red"></b>

“Bəzi insanlar bu fikirlərdən özlərinə nəticə çıxarmalıdır”.

Bu sözləri Milli Məclisin deputatı Fuad Muradov Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans zamanı məmularla bağlı ciddi tənqid və iradlarına münasibət bildirirəkən vurğulayıb.

“Cənab prezident mütəmadi olaraq cəmiyyətdə gedən proseslərlə bağlı öz fikirlərini lazımı şəkildə bildirir. Bizim prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə hər hansı şərh bildirməyimizə ehtiyac yoxdur. Çünki ölkə başçısı lazım olan hər sözü deyir”,- deyə millət vəkili sözlərinə əlavə edib.

Daha sonra Prezident İlham Əliyevin nazir və  məmur övladlarının özbaşınalığı ilə bağlı  sərt çıxışına toxunan F. Muradov dövlət başçısını  dəstəklədiyini bildirib.

“Gənclərlə çalışan biri olaraq deyə bilərəm ki, belə problemli hallar mövcuddur. Bəziləri hərdən cızığından çıxır. Ölkə başçımız da bununla bağlı öz sərt fikirlərini dedi ”.

Muradov qeyd edib ki, Azərbaycan gəncləri hər zaman cənab prezidentin yanındadır: “Azərbaycan gəncliyi daima dövlətçiliyin qorunmasında  maraqlıdır”.

 





14.02.2013    çap et  çap et